CƏNUBİ HİND OKEANI ANTİSİKLONU

cənub subtropik yüksək təzyiq sahələrindən biridir, Hind okeanının cənub hissəsində yerləşir. Yanvarda təzyiq mərkəzində 765 mm, iyulda isə 770 mm-dir.
CƏNUBİ ATLANTİK ANTİSİKLONU
CIYILLIK
OBASTAN VİKİ
Hind Okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir. Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur).
Britaniya Hind okeanı əraziləri
Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir. Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-yə kirayəyə verilmişdir. == Coğrafiya == Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir. == Əhali == Adanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.
Azor antisiklonu
Havay antisiklonu
Havay antisiklonu- Daimi subtropik antisiklonlardan biridir.Sakit okeanın şimal hissəsində subtropik və tropik enliklərdə yerləşir.Havay antisiklonun Mərkəzi Havay adalarından şimalda yerləşir və burada yanvarda təzyiq 764 mm iyulda 768mm-ə bərabərdir.
Atlantik Okeanı
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Cənub Okeanı
Cənub Okeanı və ya Antarktik okean — Yerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km². (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m. Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir. Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar həmin vaxt təsdiq edilmir.
Dünya okeanı
Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi. Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi. Atlantik okean Hind okeanı Şimal Buzlu okean Sakit okean Cənub okeanı Okeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır. Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir.
Tetis okeanı
Tetis (yun. Θέτις, ing. Thetis) — qədim okean olaraq Mezozoy erası dövründə mövcud olmuş, Qondvana və Lavrasiya kimi materiklərin arasında yerləşmişdir. Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Aral gölü bu okeanın qalıqlarıdır. Avropanın hündür nöqtələri Alp, Karpat dağlarında və Asiyanın Himalay dağlarının zirvələrində dəniz canlılarının qalıqları aşkarlanır. Bu isə onu deməyə əsas verir ki, bu ərazilər tarixən suyun altında olmuşdur. Bunu əsas gətirən Zyoss Eduard 1893-ci ildə bu qədim okeanı Tetis adlandırmışdır. Bu ad yunan ilahəsinin adıdır. Bəzən isə bu okeanı Sarmat dənizi və ya Ponti dənizi adlandırılır. Tetis okeanı milyard il önçə Qondvana və Lavraziya qitələrinin arasında meydana gəlmişdir.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Asiya qış antisiklonu
Asiya qış antisiklonu, (Mərkəzi Asiya antisiklonu, Monqolustan antisiklonu, Sibir maksimumu, Sibir antisiklonu) – qış aylarında Asiya üzərində materikin güclü soyuması nəticəsində yaranan yüksək təzyiq sahəsi. Materikdaxili rayonlarda qış uzunmüddətli, soyuq və, demək olar ki, qarsızdır. Yanvar ayında Asiya qış antisiklonunun mərkəzində atmosfer təzyiqi 1070 millibardan çox olur (Yer kürəsində ən yüksək göstərici). Yayda Asiya qış antisiklonunu Asiya depressiyası əvəz edir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 120.
Şimali Amerika antisiklonu
Şimali Amerika antisiklonu — İqlim xəritəsində Şimali Amerikanın qərb hissəsində qışda materikin soyuması və Arktika hava kütləsinin irəliləməsi ilə əlaqədar olaraq əmələ gələn antisiklondur.
Cənubi
Cənubi — Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Cənubi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Qəsəbənin keçmiş adı Şüvəlan mayakı yanında qəsəbə olmuşdur. 1965-ci ildən Cənubi Azərbaycanın şərəfinə Cənubi adlandırılmışdır.
Şimal Buzlu Okeanı
Şimal Buzlu okean — Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsilə digər okeanlardan ayrılır. Dünyada sahəcə ən kiçik okeandır — 13 000 000 km². Şimal Buzlu okeanında bir çox adalar vardır: Novaya Zemlya, Şimal Torpağı, Qrenlandiya, Vrangel, Novosibirsk, Kanada-Arktika arxipelaqı. Dünyanın ən böyük adası olan Qrenlandiya adası da bu okeanda yerləşir. Okeanın bir çox boğazları vadır ki, onlara misal kimi Avstriya boğazı, Matoçkin Şar boğazı, Smit boğazı, Qdansk boğazı, Robeson boğazı, Kennedi boğazı, Parri boğazı, Danimark boğazı, Forlandsundet boğazı,Şahzadə Regent boğazı, Taymır boğazı, Friman boğazı, Lonq boğazı, Sterleqov boğazı, Disko boğazı (körfəz), Franklin boğazı, Qırmızı Ordu boğazı, Kara darvazası (boğaz), Stur-ford boğazı, Şərq boğazı (Şərqi Sibir dənizi), Dis boğazı, Şimal boğazı (Şərqi Sibir dənizi), Yaqorski Şar boğazı, Şokalski boğazı, Fram boğazı, Fram (boğaz), Kuroçkin boğazı, Dmitri Laptev boğazı, Kiçik Caun boğazı, Kostin Şar boğazı, Vilkiç boğazı, Pomorski boğazı, Fari və Hekla boğazı, Eterikan boğazı, Hinlopen boğazı, Cons boğazı, Yevqenov boğazı, Uels Şahzadəsi (boğaz), Malıgin boğazı, Sannikov boğazı, Kildinski boğazı, Şimal boğazı (Laptevlər dənizi), Blaqoveşenski boğazı, Pevek boğazı, Radzeevski boğazı, Zaya boğazı, Kolıma boğazı, Yeddiada Reydi boğazı, Dolfin və Yunion boğazı, Hudzon boğazı, Mak-Klinton boğazı, Ağ dənizinin boğazı, Simpson boğazı və s. göstərmək olar. Şimal Buzlu okean ən şirin okean hesab olunur. Okeanın akvatoriyasında bir sıra dənizlər vardır: Linkoln dənizi, Bofort dənizi, Baffin dənizi, Şərqi Sibir dənizi, Vandel dənizi, Şahzadə Qustav-Adolf dənizi, Norveç dənizi, Barens dənizi Okean müstəqil okean kimi 1650-ci ildə coğrafiyaşünas Varenius tərəfindən Hyperborean Ocean - “Həddindən artıq şimalda okean” (qədim yunan Βορέας - şimal küləyinin mifik tanrısı və ya başqa sözlə Şimal, qədim yunan ὑπερ -) adı ilə müstəqil okean kimi müəyyən edilmişdir. bir şeyin artıqlığını göstərən prefiks).
Sakit Okeanı Ölkələri
Sakit Okeanı Ölkələri sakit okean sahillərinə aiddir. Bu terminə həmçinin Sakit okeanda yerləşən adalar da daxildir və materikdə Sakit okeana sahili olan ölkələr də daxildir. Sakit okean seysmik kəməri termini də bu terminin miqyası ilə üst-üstə düşür. Aşağıda qeyd olunan ölkələr Sakit okeanla həmsərhəd ölkələrdir və bu ölkələr Sakit okean sahili kimi tanınır. Sakit okean dünya ölkələri arasında su nəqliyyatı üçün əsas fəaliyyət sahəsi. Belə ki, Sakit okean sahilində dünyanın ən gur 50 konteyner limanından 29-da yerləşir. Bu limanlar aşağıda qeyd edilmişdir. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Şərq-Qərb Mərkəzi, Davamlı Sakit Okean Sahil Şəhərləri layihəsi Asiya Tədqiqat İnstitutu kimi təşkilatlar, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları Sakit okeana diqqət yetirirlər. Bundan başqa, Abş Sakit Okean Komandanlığı Sakit okeanda RIMPAC Hərbi Əməliyyatlarını həyata keçirir.
Hind müdafiəsi
Hind müdafiəsi — Şahmat termini. Bir qrup başlanğıcı birləşdirir. Burada qaralar e7-e5-ə irəliləməkdən bilə-bilə imtina edirlər. Bu debüt qədimdən məlumdur və K. Yanişin əsərlərində xatırlanır.ref>Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh.
Hind mədəniyyəti
Hindistan mədəniyyəti ― Hindistan yarımadasında yaranan və ya onunla əlaqəli olan ictimai normaların, etik dəyərlərin, ənənəvi adətlərin, inanc sistemlərinin, siyasi sistemlərin və əsərlərin toplu maddi və qeyri-maddi mirası. Hind mədəniyyəti 1947-ci ilə qədər Hindistan yarımadasına və 1947-ci ildən sonrakı Hindistan Respublikasına aid etnik-linqvistik cəhətdən müxtəlif Hindistanda yaranan və ya onunla əlaqəli olan sosial norma və texnologiyaların irsidir. Bu termin Hindistandan kənarda, xüsusən də Cənubi Asiya və Cənub-Şərqi Asiyada tarixləri immiqrasiya, müstəmləkəçilik və ya təsir yolu ilə Hindistanla sıx bağlı olan ölkələrə və mədəniyyətlərə də aiddir. Hindistanın dilləri, dinləri, rəqsləri, musiqisi, memarlığı, yeməkləri və adət-ənənələri ölkə daxilində yerdən yerə fərqlənir. Tez-tez bir neçə mədəniyyətin birləşməsi kimi etiketlənən Hindistan mədəniyyəti, Hind Vadisi Sivilizasiyası və digər erkən mədəniyyət sahələri ilə başlayan bir neçə minillik bir tarixdən təsirlənmişdir. Hindistan dinləri, riyaziyyatı, fəlsəfəsi, mətbəxi, dilləri, rəqsləri, musiqisi və filmləri kimi hind mədəniyyətinin bir çox elementləri İndosfer, Böyük Hindistan və bütün dünyaya dərin təsir göstərmişdir. İngilis Rac Hindistan mədəniyyətinə daha da təsir etdi, məsələn, ingilis dilinin geniş şəkildə tətbiqi,və yerli dialekt inkişaf etmişdir. Hindistan mənşəli dinlər Hinduizm, Caynizm, Buddizm və Sıxizmhamısı dharma və karma anlayışlarına əsaslanır. Ahimsa, qeyri-zorakılıq fəlsəfəsi, Hindistanın müstəqillik hərəkatı zamanı Hindistanı birləşdirmək üçün vətəndaş itaətsizliyindən istifadə edən Şri Mahatma Qandi olan ən məşhur müdafiəçisi olan yerli hind inanclarının mühüm aspektidir - bu fəlsəfə Amerika dövründə Martin Lüter Kinq Jr.-ı daha da ilhamlandırdı. vətəndaş hüquqları hərəkatı.
Hind oroksilumu
Hind oroksilumu (lat. Oroxylum indicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin oroksilum cinsinə aid bitki növü.
Hind payızgülü
Hind payızgülü (lat. Chrysanthemum indicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü. Dendranthema indicum (L.) Des Moul. Matricaria indica (L.) Desr. Pyrethrum indicum (L.) Cass. Tanacetum indicum (L.) Sch.Bip. Chrysanthemum indicum var. aromaticum (Q.H.Liu & S.F.Zhang) J.M.Wang & Y.T.Wu Chrysanthemum indicum var.
Hind qavialı
Hind qavialı (lat. Gavialis gangeticus) — Gavialidae fəsiləsinin yaşayan iki bioloji növündən biri. Digəri Malay qavialıdir. Bu timsahlara əsasən Hindistan, Banqladeş, Butan, Nepal, Pakistan və Myanma ərazisində rast gəlmək mümkündür. Yaşayış arealı Hind çayı, Brahmaputra, Qanq və Mahanadi çaylarıdır. Qavialın uzunluğu 3–5,5 metr (maksimum 7 metr), çəkisi 159–181 kq-dır.
Hind quşu
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Hind rəqsləri
Hind rəqsləri хаlqın həyаtı, dini dünyagörüşü, yеrli аdət-ənənələri ilə sıх bаğlıdır. Cəmiyyətin mahiyyətində duran mühafizəkarlıq rəqslərə də sirayət etmişdir, belə ki, qədim və müasir hind rəqsləri ciddi şəkildə fərqlənməmişdir. Hind rəqslərinin qədimliyi bir sıra maddi mədəniyyət nümunələri ilə təsdiqlənir.. Mohenco-Daro arxeoloji qazıntıları zamanı tapılan rəqs edən qız heykəlinin e.ə.II minilliyə aid olduğu ehtimal edilir. Madhya-Pradeş ştatında Bhimabetaka mağaralarındakı qaya rəsmlərində rəqs edənlərin təsviri, Sanchinin girişində rəqs edən “Apsaralar”ın təsviri, Acanta və Ellora divar rəsmləri, Khacuraho daşişləmələrində rəqqasların heykəlləri, Hoysala sülaləsinə aid məbədlərdəki divar rəsmləri Hindistanda rəqslərin qədimdən populyar olduğunu göstərir. Hind rəqsləri daim qaynağını toplumun dini dünyagörüşündən almışdır. Məsələn, rəqs edən tanrı Şiva (Nataraca) heykəli hind rəqsinin ən məşhur simvoludur. Onun başının üstündəki ay duyğulara nəzarətin, bədəninə dolanmış ilanlar həyat verən yaşam gücləri üzərində hökmün, şeytanın üzərinə doğru qalxmış ayağı isə eqonu məhv etməsinin göstəricisidir. Hind rəqsləri bədən hərəkətlərinin dinamikliyi, dramatikliyi ilə diqqəti cəlb edir. Bu rəqslərin əksəriyyəti haqqında qədim “Bharatanatyaşastra” traktatında məlumat verilmiş, boyun, göz, baş, gövdə və s.
Hind rəqəmləri
Hind rəqəmləri — Hind-Ərəb rəqəm sistemində yer alır.
Hind samuru
Hind siçanı
Hind siçanı (lat. Nesokia indica) — Gəmiricilər dəstəsinə aid məməli heyvan növü. Yayılma arealı Əfqanıstan, Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Hind toyuğu